VİDEO-Bu gündən Ermənistanın qazı kəsildi

VİDEO-Bu gündən Ermənistanın qazı kəsildi

16 Dekabr 2011 20:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən Ermənistanın qazı kəsildi. Gürcüstanın qaz nəqliyyatı şirkəti rəsmi qaydada "ArmRosqazprom" QSC-nə məlumat göndərib ki, bu gün saat 10:50-dən etibarən Ermənistanın qazı tamamilə kəsiləcək. Tert.am saytının məlumatına görə, Gürcüstan şirkəti Şimali Qafqaz - Cənubi Qafqaz magistral şəbəkəsinin 67-68 kilometrlərində qəza-bərpa işlərini həyata keçirməyə hazırlaşır. Gürcüstan tərəfi işlərin qısa müddətə başa çatacağını bildirsə də, Ermənistan mətbuatının fikrincə, proses bir neçə həftəyə qədər uzadıla bilər.

Sərt qış aylarında ermənilərin qazının kəsilməsi onları qaza gətirəcək...

Fuad Borçalı

O.M.