Suriyanın dini rəhbəri: "Qarabağ məsələsi erməni xalqının iradəsinin təzahürüdür"

Suriyanın dini rəhbəri: "Qarabağ məsələsi erməni xalqının iradəsinin təzahürüdür"

15 Dekabr 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
Görüşdə Suriya və Ermənistan xalqının dost və qardaş olduğu vurğulanıb

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu günlərdə Ermənistan Respublikasının Hələb şəhərindəki baş konsulu Karen Qriqoryan Suriyanın dini rəhbəri, Suriyanın Ali Müftisi Əhməd Bədr ed Din Hasunla görüşüb. Söhbət zamanı dini lider tarix boyu iki xalqın dostluq və qardaşlıq əlaqələrində olduğunu bildirərək Qarabağ məsələsinə də toxunub. O deyib: "Biz Qarabağ münaqişəsinin dini zəmində baş verdiyini düşünmürük. Bu, erməni xalqının iradəsinin təzahürüdür."

Həmsöhbətlər İrəvan şəhərində ucaldılacaq "Erməni xalqının ərəb xalqına təşəkkürü" adlı heykəl məsələsinə və Suriya dini rəhbərinin Ermənistana nəzərdə tutulan səfərinə toxunublar.

Həmin gün Karen Qriqoryan Hələb şəhərinin meri Müvəffəq İbrahim Xallufla da görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Öz xalqının qanını tökən iqtidar yalnız ermənilərin dostu və qardaşı ola bilər...

Murad Şahməmmədov

O.M.