Ermənistan polisi "xəbərçiləri" həvəsləndirir

Ermənistan polisi "xəbərçiləri" həvəsləndirir

15 Dekabr 2011 10:37
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan mətbuatı ölkə polisinin yeni rəhbərinə rişxənd etdi

Bu gün Ermənistanın "Joxovurd" qəzeti belə bir başlıqlı məqalə dərc edib: "Ermənistan polisi "stukaçları" həvəsləndirir". Məqalənin başlığı maraqlı olduğundan onu qısa ixtisarla sizlərə təqdim edirik:

"Ermənistan polisinin yeni rəhbəri Vladimir Qasparyan bu günlərdə ölkə əhalisini əməkdaşlığa dəvət edib. Buna qədər analoji çağırışlar nəticəsiz qaldığından V.Qasparyan maddi həvəsləndirmə metoduna əl atmağı qərara alıb. İndən belə məxfi məlumatları əks etdirən, əsasən də imkanlı şəxslərin yol hərəkəti qaydalarını pozduğunu sübuta yetirən video-süjetlər polis tərəfindən pulla alınacaq. Başqa sözlə desək, Vladimir Qasparyan Ermənistan cəmiyyətində "xəbərçiləri" həvəsləndirməyə başlayacaq".

Ermənistan polisinin yeni rəhbəri erməni xalqının xislətinə bələd olduğu üçün belə bir addım atıb. Axı tarix boyu Qafqaz xalqlarının mənafeyini imperialistlərə satan məhz ermənilər olublar...

Sərvər Aslanov

O.M.