Erməni deputatlar Ermənistan himnini bilmirlər

Erməni deputatlar Ermənistan himnini bilmirlər

8 Dekabr 2011 20:49
Bəyəndim (0) Bəyənmədim (0)
Parlamentin payız sessiyasının yekununda səslənən himni yalnız vitse-spiker yüksək səslə oxudu

Ermənistanın "Qraparak" qəzetinin məlumatına gözə, Ermənistan Milli Məclisinin payız sessiyası adəti üzrə Ermənistan himninin səslənməsi ilə bitdi. Bu zaman yeni seçilmiş vitse-spiker Eduard Şarmazanovdan başqa heç kim ölkə himnini oxumadı. Bəzi deputatlar ağızlarını tərpətməklə, bəziləri isə sakit tərzdə himnin bitməsini gözlədilər. İqtidar düşərgəsindən olan Respublika partiyasının təmsilçiləri də himnin səslənməsi zamanı sükutlarını qorudular. "Çorrord İnknişxanutyun" qəzeti xəbər verir ki, parlament işini yekunlaşdırdıqdan dərhal sonra jurnalistlər deputatlara "himnimizin sözlərini bilmirsiniz" sualı ilə yaxınlaşdılar. Bir çox millət vəkili nəinki sualı cavabsız qoydu, hətta aradan çıxmağa çalışdı. Bəziləri isə yorğun iş günündən sonra himni belə unuda biləcəklərini bildirməklə bəhanə gətirdi. Cəmi bir neçə deputat himni ifa edərək suala cavab vermiş oldu.

Millət vəkilləri cəmiyyətin və təmsil etdiyi millətin güzgüsüdür...

Fuad Borçalı

O.M.