Moldova Ermənistana daha 20 ton silah göndərəcək

Moldova Ermənistana daha 20 ton silah göndərəcək

10 Noyabr 2011 17:12
973
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan Müdafiə Nazirliyi isə hələ də xəbəri təkzib edir

Qalmaqallara baxmayaraq, Moldova Müdafiə Nazirliyi Ermənistana silah ötürməkdə davam edəcəyini bildirir. Ermənistan mətbuatının Moldova xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Moldova Respublikasının rəhbərliyi Ermənistanın sifariş verdiyi silahların qalığını da bu ölkəyə göndərməyə hazırlaşır. Moldova parlamentinin Milli təhlükəsizlik və Müdafiə komissiyasının yekun iclasında bu ölkənin Müdafiə naziri Vitaliy Marinutsa hökumətin mövqeyini açıqladı. Bununla belə, vasitəçi kimi adı hallanan Latviya firması barədə məlumat verməkdən imtina etdi.

Yeri gəlmişkən, mətbuatda yayılan məlumata görə, adıçəkilən Latspetsexports firması Latviya hökumətinin razılığı olmadan mövcud silah alverində vasitəçilik etdiyi üçün lisenziyadan məhrum ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Moldovanın məxfi sənədlərlə Ermənistana 60 ton köhnə, lakin güclü hərbi texnika satdığı barədə məlumat yayılmışdı. Yükün 40 tonu Benqazidən Kişinyova gələn İl-76 təyyarəsi ilə Ermənistana çatdırıldı. Moldova rəsmiləri bu hadisəni etiraf etməli olsalar da, Ermənistan Müdafiə Nazirliyi hələ də xəbəri təkzib edir.

Ermənistan həmişəki kimi "artıq ət" prinsipi ilə hərəkət edir...

Sərvər Aslanov

O.M.