
Ermənistan parlamentinin spikeri sabah istefaya gedəcək
News.am saytının məlumatına görə, iqtidarda olan Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov parlament spikerinin istefaya gedəcəyi faktını təsdiq edib. O, bildirib ki, bu gün partiyanın icra orqanın toplantısında prezident Serj Sarkisyan Ovik Abramyanın namizədliyini partiyanın seçki komissiyasının sədri vəzifəsinə irəli sürdü. Abramyan növbəti seçkilər ərəfəsində təklifi qəbul etdiyini bildirərək, parlament spikeri vəzifəsindən istefa edəcəyini bildirdi.
Siyasət şahmat oyununa bənzəyir. Debütdə Koçaryanın dəstəyinə arxalanan Serj Sarkisyan endşpildə hər ehtimala qarşı qalaqurma edir. Çünki başqa siyasi qüvvələrdən olan nüfuzlu fiqurlar və Qarabağ klanından olan piyadalar çoxdan vəzirə çevriliblər...
Sərvər Aslanov
O.M.