
Rusiyada hakimi ölümlə hədələyən 2 erməni tutuldu
"БалтИнфо" xəbər agentliyinin məlumatına görə, Sankt-Peterburq şəhərinin prokuror müavini Andrey Kikot məhkəmə zamanı hakimi ölümlə hədələyən ermənilərin tutulduğunu təsdiq edib. Onlar barələrində hökm oxunan erməni cinayətkarlarının yaxın qohumlarıdır. İki Ermənistan sakini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 296-cı maddəsinin (vəzifəli şəxsi ölümlə hədələmə) 1-ci bəndi üzrə ittiham olunacaq.
İlkin istintaq zamanı müəyyən olunmuşdur ki, onlar cari ilin 14 mart günü Peterburq şəhər məhkəməsində olarkən qadın hakimi ölümlə hədələmişdilər. Bu zaman niyyətlərini 12 il həbs cəzası almış qohumlarının qisası kimi dilə gətirmişdilər. Xatırladaq ki, 12 il cəza almış erməni də 2 nəfəri öldürdüyü üçün tutulmuşdu. Daha sonra ermənilərdən biri qadın hakimin oturduğu 312 saylı müşavirə otağının qapılarını təpikləyərək yumruğunu stola vurdu.
Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyanın sözü ilə desək: "Bizim üçün erməni o şəxsdir ki, özünü erməni hiss etsin. Dil, din, yaranma mənbəyi vacib deyil, vacib olan hissiyyatdır. "Erməni kimdir" sualı dəfələrlə müxtəlif ölkələrin tribunalarından səslənib, ona görə də açıqlama vermək gərək idi".
Sərvər Aslanov
O.M.