
Sankt-Peterburqda sakinləri oğurlayan ermənilər tutuldu
Rusiya Federasiyası İstintaq komitəsinin Sankt-Peterburq üzrə idarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsinin (şəxsi mənfəət məqsədilə qrup şəklində insan oğurluğu) 2-ci hissəsinin "a" və "z" bəndləri üzrə, həmçinin 159-cu maddənin (dələduzluq) 4-cü hissəsi üzrə bir qrup erməni yaxalanıb. Belə ki, 27 oktyabr günü əvvəllər məhkum olunmuş Ermənistan sakini 41 yaşlı Artur Danielyan, 42 yaşlı Narine Danielyan, 20 yaşlı Harun Danielyan və yerli sakin 38 yaşlı Andrey Kartsev cinayət məsuliyyətinə cəlb ediliblər. Narine Danielyan tutulan günə qədər "Şirin İttifaq" adlı MMC-də inzibatçı vəzifəsində çalışırdı. Banda 2009-cu ildən 2011-ci ilə qədər insan oğurluğu ilə məşğul olmaqda şübhəli bilinir. Onlar geniş mənzil sahələrinə malik olan şəxsləri dələduzluq yolu ilə aldadır və ya oğurlayaraq həmin insanların evlərini mənimsəyirdilər. İstintaq-axtarış tədbirləri çərçivəsində ələ keçirilən sənədlər bunu sübut edir. İstintaq davam edir.
Xatırladaq ki, bu, ermənilərin Sankt-Peterburqda insan oğurluğu ilə məşğul olmaları barədə ilk fakt deyil. 25 sentyabrda Leninqrad vilayəti və şəhər üzrə Daxili İşlər İdarəsinin əməkdaşları reketçilik, insan alveri, qətl, qarət və dələduzluqda ittiham olunan erməni bandasını zərərsizləşdirmişdi. Dəstənin "Quqo" ləqəbli başçısı keçirilmiş irimiqyaslı əməliyyat nəticəsində ələ keçirilmişdi.
Puşkin zamanında uzaqgörənliklə yazmışdı: "Sən oğrusan, sən qulsan, çünki sən ermənisən"..
Sərvər Aslanov
O.M.