
Çin mənşəli oyuncaq erməni uşağının əlində partladı
Uşağın bədəninin müxtəlif yerlərində yanıqlar müşahidə olunub
Dünən Ermənistanın Ararat rayon polis idarəsinə yerli xəstəxanadan məlumat daxil oldu. Məlumatda bildirilirdi ki, xəstəxanaya bədəninin müxtəlif yerlərində yanıqlar müşahidə olunan 7 yaşlı uşaq daxil olub. Tert.am saytının xəbərində bildirilir ki, uşaq yerli vaxtla 14:45 radələrində evdə olarkən hələlik məlum olmayan oyuncaqla oynayan zaman partlayış baş verib. Araşdırma aparılır. İstintaqın ilkin rəyinə görə, bu, Çin istehsalı olan polietilen kukla ola bilər.
Uşaqlarınıza oyuncaq alarkən onun qiymətinə aldanmayın. Çünki ucuz ətin şorbası sonradan problemlər yaradır...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər