Erməni ordusunda bu il 54 intihar hadisəsi baş verib

Erməni ordusunda bu il 54 intihar hadisəsi baş verib

21 Oktyabr 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Müdafiə Nazirliyi İctimai Şurasının rəhbəri olduqca narahatdır

Erməni ordusunda yaranmış vəziyyət hamını narahat edir. Bu fikri 21 oktyabr günü jurnalistlərlə görüşündə Ermənistan Müdafiə Nazirliyi İctimai Şurasının rəhbəri Qeqam Arutunyan səsləndirib. Onun sözlərinə görə, orduda insidentlərin sayı artsa da, ölüm halları azalmağa başlayıb. Lakin bu, cəmiyyəti qane etmir. İctimaiyyət köklü dəyişiklikləri tələb edir. "Bizi daha çox orduda intihar halları narahat edir ki, bu da əsgərlərin alçaldılması və işgəncələrlə əlaqədardır", - deyə fikrinə aydınlıq gətirən Qeqam Arutunyan erməni ordusunda şəxsi heyətlə işin və hərbi vətənpərvərlik ruhunun çox aşağı səviyyədə olduğunu qeyd etdi.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bu il orduda 54 intihar hadisəsi baş verib.

Ermənistan kriminal qanunlarla idarə olunur. Məhz buna görə də, erməni ordusu islah əmək müəssisəsinə bənzəyir...

Sərvər Aslanov

O.M.