Ermənilər ilk dəfə azərbaycanca sayt yaratdılar

Ermənilər ilk dəfə azərbaycanca sayt yaratdılar

18 Oktyabr 2011 19:02
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd Bakı ermənilərinin təbliğatı olsa da, bunu Azərbaycan dilində həyata keçirilmək gülüncdür

Ermənistan Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən "Soyqırım" muzey-institutu yeni bir internet layihə həyata keçirib. Baku.am adlı azərbaycandilli sayt fəaliyyətə başlayıb. Saytda Bakıda yaşamış və fəaliyyət göstərmiş ermənilər haqda geniş məlumat verilir. Tert.am erməni xəbər agentliyinin muzey rəhbərliyinə istinadən yaydığı xəbərdə bildirilir ki, efirə verilən 8 ay ərzində saytı 4 dildə 70 mindən çox ziyarətçi izləyib. İndi isə sayt yeni - azərbaycandilli konsepsiya ilə çıxış edəcək. "Soyqırım" muzey-institutunun rəhbərliyi belə bir zərurətin yarandığını onunla izah edir ki, bu barədə Ermənistan Elmlər Akademiyasına minlərlə xahiş və təklif məktubu daxil olub.

Ermənilər Bakıdakı həyat və fəaliyyətləri barədə bizlərə təbliğat aparmaq istəyirlər. Biz onsuz da tariximizi yaxşı bilirik. Çünki erməni fitnəkarlığının qurbanları kimi hələ də tarixin qanlı səhifələrini vərəqləyirik. Deməli, Baku.am saytı ermənilərə Azərbaycan dilini öyrətməkdən və Azərbaycana maraq yaratmaqdan başqa heç bir funksiya daşımayacaq.

Natiq Qocaman

O.M.