Ermənistan hərbi prokurorunun müavini cəzalandırıldı

Ermənistan hərbi prokurorunun müavini cəzalandırıldı

18 Oktyabr 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb orduda hökm sürən neqativ halların ört-basdır etdirilməsidir

Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın əmri ilə hərbi prokurorun müavini Albert Marqaryan nizam-intizam cəzasına məruz qalıb. Bu barədə baş prokurorluğun mətbuat xidməti xəbər verir. Mənbənin məlumatına görə, Marqaryan prokurora xas olmayan əməllərə yol verməklə yanaşı həm də qanunun aliliyini pozmuşdur. Belə ki, Cinayət prosessual məcəlləsinin 8-ci bəndinin 1 və 2-ci maddələrini, Mülki Prosessual Məcəlləsinin 17-ci bəndinin 3-cü maddəsini, "Prokurorluq" haqda qanunun 42-ci bəndinin 1, 2, 4 və 9-cu maddələrini və prokurorun intizam qaydalarını pozduğu üçün cəzalandırılıb.

Ermənistanın müxalifət mətbuatının fikrincə, yüksək rütbəli hərbi prokurorun ictimai şəkildə cəzalandırılması orduda hökm sürən neqativ halların ört-basdır etdirilməsi ilə əlaqədardır.

Sərvər Aslanov

O.M.