İsveçrədə erməni kilsəsi ləğv edildi

İsveçrədə erməni kilsəsi ləğv edildi

18 Oktyabr 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
İsveçrənin erməni kilsəsi mərkəzi Eçmiədzin kilsəsinə qarşı üsyan qaldırmışdı

Ermənistanın "Azq" qəzetinin məlumatına görə, ümumerməni katolikosu II Qaregin ABŞ-dan işgüzar səfərdən qayıdarkən İsveçrəyə baş çəkib. Burada yerli erməni təşkilatları qarşısında İsveçrə erməni kilsəsinin ləğvi məsələsini qaldırıb. Təşkilatlar onun bu fikrini birmənalı qarşılamasalar da, II Qaregin qərarını dəyişməyib. Bununla belə, yerli erməni xristianlarına dini ayinləri Cenevrə kilsəsində davam etdirmək imkanı verilib.

Avropa erməniləri artıq Ermənistandakı özbaşınalığa dözmək istəmirlər. Çünki bu özbaşınalıq artıq dini səviyyədə də özünü göstərir. II Qaragün kilsələri və dindarları qara günə qoyub...

Hafiz Əhmədov

O.M.