Erməni ordusunda yüksək rütbəli zabitlər həbsə alınacaq

Erməni ordusunda yüksək rütbəli zabitlər həbsə alınacaq

18 Oktyabr 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb çağırışlar zamanı rüşvətin artmasıdır

Ermənistan ordusuna payız çağırışı zamanı bir çox yüksək rütbəli ordu zabitlərinin həbsə alınacağı gözlənilir. Bu barədə məlumatı ölkənin "Joxovurd" qəzeti yayıb. Qəzetin yazdığına görə, əsas səbəb hərbi komissarlıqlarda rüşvətin miqyasının hədsiz dərəcədə artmışdır. İş o yerə çatmışdır ki, zəngin ailədən olan sağlam uşaqlar "yararsız" sənədi aldıqları halda, xəstələr zorla orduya göndərilirlər. Bu da son nəticədə Ermənistan ordusunda kriminal vəziyyətin artmasına gətirib çıxarır. Müdafiə Nazirliyi kimlərin qara siyahıda olduğunu hələlik açıqlamasa da, etibarlı mənbədən qəzetə sızan məlumata görə 100-ə qədər zabitin tutulacağı gözlənilir.

Ermənistan ordusu cinayət qanunları ilə idarə olunur. Cinayətkarları isə həbsə almaq lazımdır...

Sərvər Aslanov

O.M.