Ermənistan ordusunda 7 serjant 1 əsgəri döydü

Ermənistan ordusunda 7 serjant 1 əsgəri döydü

17 Oktyabr 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
Müdafiə nazirliyi jurnalistləri köməyə çağırdı

Tert.am xəbər agentliyinin yaydığı məlumata görə, Ermənistan ordusunda 7 serjant 1 əsgəri döyüb. Zərərçəkmiş ağır kəllə-beyin travması və burun sınığı diaqnozu ilə hospitala yerləşdirilib. Bu ölkənin müdafiə nazirliyi təqdim olunan video-materialların köməyi ilə insident ətrafında araşdırma aparıb. Məlum olub ki, zərərçəkmiş səhəri gün avtomatı ilə növbəyə çıxacaqmış. Bu halda qisas sindromunun yaradacağı fəlakəti təsəvvür etmək çətin deyil. Müdafiə nazirinin müavini Vladimir Qasparyanın fikrincə, jurnalistlər və ictimai təşkilatlar hərbi hissələrə gözlənilməz səfərlər etməlidirlər. Əks halda, orduda hökm sürən neqativ və kriminal halları müəyyən etmək mümkün olmayacaq. Nazir müavini onu da əlavə edib ki, indən belə orduda baş verən neqativ hallar ən gec 3 günə ifşa olunacaq.

Xatırladaq ki, dedovşina halları erməni ordusunda geniş yayılıb. Tərxis olunmağa cəmi 45 gün qalmış 7 serjantın 1 əsgəri ölümünə döyməsi buna bariz nümunədir.

Düşmənini tanımayan döyüşdə məğlub olur...

Hafiz Əhmədov

O.M.