Viqen Sarkisyan Serj Sarkisyan aparatının rəhbəri seçildi

Viqen Sarkisyan Serj Sarkisyan aparatının rəhbəri seçildi

17 Oktyabr 2011 12:14
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident Administrasiyası rəhbərinin digər müavini Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır

Ermənistan KİV-lərinin bu gün yaydıqları məlumata görə, bu ölkənin prezident aparatının rəhbəri vəzifəsinə Viqen Sarkisyan təyin edilib. Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən yayılan məlumatda o da bildirilir ki, Karen Karapetyan bu vəzifədən istefa etdikdən sonra Viqen Sarkisyan bir müddət icra edirdi. Bundan əvvəl isə prezidentin müşaviri vəzifəsində çalışırdı. Prezident Serj Sarkisyanın fərmanı ilə 36 yaşlı Viqen bu gün prezident aparatının rəhbəri vəzifəsinə təsdiq edildi.

Ermənistan ekspertləri yeni təyinatı təsadüfi saymırlar. Belə ki, 2000-2003-cü illərdə hərbi xidmətdə olan Viqen 2003-cü ildə gözlənilmədən prezidentin müşaviri vəzifəsinə təyin edildi. 2009-cu ildə prezident aparatının rəhbərinin müavini, 2011-ci ildə isə rəhbəri vəzifəsinə qədər yüksəldi. Ekspertlərin fikrincə, Serj Sarkisyanın qan qohumu olan Viqen Sarkisyan "Qarabağ" klanının ən "perspektivli" kadrlarından biri sayılır. Heç təsadüfi deyil ki, o, "Movses Xorenatsi" və "Andronik Azoyan" medalları ilə təltif olunub.

Xatırladaq ki, prezident aparatı rəhbərinin digər müavini Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.

Qohum qohumun ətini yesə də, sümüyünü çölə atmaz...

Hafiz Əhmədov

O.M.