Azərbaycan hərbçiləri Qazaxıstana gedib

Azərbaycan hərbçiləri Qazaxıstana gedib

27 İyul 2017 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan hərbçiləri Qazaxıstana gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində keçiriləcək "Snayper həddi" və "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

Mediainfo.az