Bu gecə ermənilər hücuma keçmək istəyiblər!

Bu gecə ermənilər hücuma keçmək istəyiblər!

21 İyun 2017 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Təxribat qrupunun bir üzvü ələ keçirilib

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

Mediainfo.az