
Erməni ailəsini qətlə yetirmiş rus əsgəri ölkəsinə ekstradisiya oluna bilər
Erməni ailəsini qətlə yetirmiş rus əsgəri ölkəsinə ekstradisiya oluna bilər. Tert.am-a açıqlamasında bunun mümkün olduğunu bildirən Ədliyyə nazirinin müavini Viqen Koçaryan hazırda bu barədə müzakirələrin getdiyini bildirib. Ermənistanda dislokasiya olunan 102-ci Rusiya hərbi bazasının sabiq hərbçisi, bu ölkədə ömürlük həbs cəzası almış Valeriy Permyakovun cəzasını harada çəkəcəyi barədə ikitərəfli müzakirələr aparılır: "Nəzərə alsaq ki, müttəhim həm Ermənistan, həm də Rusiya Federasiyası məhkəmələri tərəfindən ittiham olunur, onun harada cəza çəkməsi barədə məsələnin hüquqi həllini tapmaq lazımdır. Bu barədə Rusiya ilə müzakirələr aparılır ", - deyə məlumat verən nazir müavini alınacaq qərarın ictimaiyyətin diqqətinə çatdıracaqlarını bildirib.
Mediainfo.az