
Avropa Şurasının pullarını mənimsəyən ermənilər məhkəmə qarşısında
Avropa Şurasının Yerevan ofisinin rəhbəri və əməkdaşları barədə cinayət işi açılıb. Tert.am-ın məlumatına görə, ölkənin cinayət məcəlləsinin 178-ci maddəsinin 3-cü bəndinin 1-ci hissəsinə əsasən ittiham olunan şəxslər xüsusilə iri həcmdə vəsaitlərin mənimsənilməsində şübhəli bilinirlər. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Xatırladaq ki, 26 aprel tarixində Ermənistanda A.Ş-nın Yerevan ofisinin rəhbəri Marine Papayan və ofisin bir neçə əməkdaşları həbs olunublar. Onlar ölkəyə qrant layihələri üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilinirlər. Bu barədə öz facebook səhifəsində məlumat yayan Ermənistanın İstintaq Komitəsinin müşaviri Sona Truzyan cinayət üzrə daha 13 nəfərin şübhəli qismində nəzarətə götürüldüyünü bildirib. Onlardan 3-ü hazırda axtarışdadır.
Mediainfo.az