
VİDEO-Torpaq sürüşməsində 7 erməni itkin düşüb
FHN rəsmiləri təlaş içindədirlər
Xəbər verdiyimiz kimi, dünən yerli vaxtla 18:50 radələrində Ermənistanın Gürcüstanla sərhədi ərazisində Vanadzor-Allahverdi yolunda, Ayrım şəhərinin yaxınlığında torpaq sürüşməsi baş verib. Qəzanın nəticələri araşdırılır.
Ermənistanın Fövqəladə Hallar naziri Armen Yeritsyan jurnalistlərlə görüşündə bildirib ki, qəza nəticəsində 7 nəfər itkin düşüb. O, həmçinin ərazinin aktiv sürüşmə zonasına aid olduğunu qeyd edib. Halbuki hadisədən bir gün əvvəl Tavuş vilayətinin Fövqəladə Hallar İdarəsinin rəisi Vaqinak Ovsepyan bəyan etmişdi ki, həmin zona Ermənistanın torpaq sürüşməsi olan ərazilərinə aid deyil.
Ermənilərin dilini-sirrini bilmək olmur. Onların dilini ancaq müdrik təbiət bilir.
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər