Ermənilər hərbi təlim keçiriblər - AĞDAMDA

Ermənilər hərbi təlim keçiriblər - AĞDAMDA

22 Mart 2017 18:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

"Uzundərə" adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

Mediainfo.az