SON DƏQİQƏ! Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı! - VİDEO
Ermənilər itkilərinin sayını gizlədir
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.
Mediainfo.az
Digər xəbərlər































































































