Erməni hərbçiləri aparan maşın çaya aşdı - 26 yaralı var (FOTO)
Ermənistanın Qafan vilayətində hərbçiləri aparan maşın çaya aşıb.
Hadisə Qafanın Qeği kəndində hərbi maşının idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində 26 hərbçi yaralanıb.
Onların vəziyyəti barədə məlumat verilmir. Hərbçilər dərhal xəstəxanalara aparılıb.
Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb. (azvision)
Mediainfo.az
Digər xəbərlər































































































