MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır

MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır

2 Fevral 2017 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.

Mediainfo.az