Erməni əsgərinin halı pisləşib və hərbi hissədəcə ölüb

Erməni əsgərinin halı pisləşib və hərbi hissədəcə ölüb

27 Yanvar 2017 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S. Apinyan orada ölüb.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.

Mediainfo.az