Rusiyada könüllülər və döyüş əməliyyatlarının iştirakçıları vergilərdən azad olundu
Rusiya prezidenti Vladimir Putin bir qrup vətəndaşın vergilərdən azad olunması barədə qanunları imzalayıb.
Bu qruplara 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun və 2018-ci ildə bu ölkədə təşkil olunacaq futbol üzrə dünya çempionatının gedişində könülü olmuş şəxslər daxildir. Eyni zamanda, döyüş əməliyyatlarında iştirak etmiş vətəndaşlara verilən müavinətlər vergidən azad edilib.
Rusiya mətbuatı xəbər verir ki, vergidən azadolma FİFA və törəmə strukturları, eyni zamanda "Rusiya-2018" təşkilat komitəsi ilə müqavilə əsasında fəaliyyət göstərən könüllülərə şamil olunur. Onlara edilən bütün ödənişlər fiziki şəxslərin gəlir vergisindən azad ediləcək.
Mediainfo.az
Digər xəbərlər































































































