Ermənistan ordusunda atışma baş verdi – 1 əsgər öldü
Ermənistan ordusunda növbəti dəfə xoşagəlməz hadisə baş verib. Yerli Tert.am saytının yaydığı xəbərə görə, Baş hərbi istintaq idarəsinin 2-ci qarnizon istintaq şöbəsində əsgər Virabyan Vahan Qaqikoviçin öldürülməsi ilə bağlı cinayət işi açılıb. İlkin məlumata əsasən, 15 oktyabr tarixində yerli vaxtla 08:40 radələrində hərbi hissələrin birində adıçəkilən əsgər naryadda olarkən atışma baş verib. Nəticədə sıravi V.Virabyan ağır dərəcəli güllə yarası alıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin (qətl) 1-ci hissəsi üzrə cinayət işi açılıb. Faktla bağlı məhkəmə tibbi ekspertiza təyin olunub, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər








































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)







































