Ermənistanda daha bir rus əsgəri bıçaqlandı

Ermənistanda daha bir rus əsgəri bıçaqlandı

14 Oktyabr 2016 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda rus əsgərlərinə qarşı növbəti dəfə təxribat faktı qeydə alınıb. Yerli Tert.am saytının yaydığı məlumata görə, Şirak vilayətinin istintaq komitəsinə Gümrü şəhərində dislokasiya olunan 102-ci Rusiya hərbi bazasının hərbçisi Aleksandr Rutskonun deşik kəsik yaraları aldığı haqda məlumat daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, müqavilə ilə xidmətdə olan rus əsgəri 13 oktyabr axşam saatlarında həmkarları ilə birlikdə "yeyib-içmək" məclisində iştirak edib. Daha sonra əsgərlər arasında milli zəmində mübahisə yaranıb. Hələlik kimliyi açıqlanmayan əsgər və ya əsgərlər Aleksandr Rutskonu döyərək ona kəsici alətlə xəsarət yetiriblər. Yaralı rus hərbçisi Gümrü şəhər tibb mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az