Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

13 Oktyabr 2016 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın "Rostex və "Qosoboroneksport" dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: "Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır".

Mediainfo.az