25 yaşında rəzalət... ermənilər yubiley tədbirinə ayrılan pulları belə yeyib... – erməni jurnalistin məqaləsi

25 yaşında rəzalət... ermənilər yubiley tədbirinə ayrılan pulları belə yeyib... – erməni jurnalistin məqaləsi

6 Sentyabr 2016 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağdakı yubiley tədbirləri bir erməninin gözü ilə...

Tanınmış erməni jurnalisti, "3-cü qüvvə plus" qəzetinin baş redaktoru Vaqram Ağacanyan olduqca ilginc bir yazı ilə çıxış edib.

Musavat.com Dağlıq Qarabağdakı gerçək vəziyyəti, oradakı erməni əhalisinin əhvalını özündə daşıyan bu ibrətamiz yazını Azərbaycan türkcəsinə tərcümə edərək, onu geniş ictimaiyyətə çatdırır.

Bir daha qeyd edirik ki, bu yazını bir erməni jurnalisti yazıb!

"Sentyabrın 2-də Dağlıq Qarabağ öz "müstəqilliyinin" 25 illiyini "bayram etdi". Bu yubiley tədbiri tanınmamış "respublika"da məyusluq atmosferində və əksər vətəndaşlar üçün qaranlıq ab-havada keçdi.

Həmin gün Xankəndinin küçələrinə gəzərkən televiziyada Ermənistandan gələnlər və diaspora üçün göstərilən şadyanalıqdan fərqli olaraq,hər yanda sönüklük və yeknəsəkliyin hökm sürdüyünü müşahidə etmək olardı.

Картинки по запросу vahram агаджанян

Vagram Ağacanyan

Tanınmamış respublika hakimiyyət tərəfindən bu cür lokal bayramların təşkili üzrə gördüyüimitasion tədbirlər o qədər süni və primitiv xarakter daşıyıb ki, hətta hökumətə loyal münasibət bəsləyən Qarabağ ermənilərində belə rişxənd və gülüşə səbəb olub.

Adamda elə təəssürat yaranır ki, "bayram tədbiri" də "DQR" rəhbəri Bako Saakyanın qaranlıq sovet rezidensiyasına hər il yığışan30-40 nəfərin iştirakı iləkeçib. Onlar Şimali Koreya ruhunda alovlu, lakin boş və mənasız çıxışlar ediblər, öz-özlərini medallarla mükafatlandırıblar, sonra isə qalan 99 faiz vətəndaşın nə düşündüyünü veclərinə almadan gediblər "vurmağa"...

Картинки по запросу 25 летие НКР

Paradlar, hay küylü qəbullar, əhali üçün güzəşt və imtiyazlar.... bunların heç biri olmayıb... Hər şey əyalət geri qalmışlığı, cəhaləti və zövqsüzlüyü ruhunda keçirilib.

"DQR"in "paytaxtı"nın sakinləri bu cür sönük təşkilatçılığı Qarabağ rəhbərliyinin (işğalçı rejimin-red.) fantastik tamahkarlığı və acgözlüyü ilə bağlayırlar. Onların fikrincə rəhbərlik hətta "bayram " tədbirlərinə ayrılan büdcə pullarını belə "yeyib".

Burada hakim olan rəyə əsasən"DQR" rəhbərliyinə xarici qüvvələrin köməyi ilə əvvəllər əl uzadıb salam verməyə belə layiq olmayan adamlar gətirilib. Məlum zamanlarda (müharibə dövründə-red.)kasıblıqdan acından ölən bu darvaza altından çıxan adamlar indihərəkət edən və tərpənən hər şeyi qarət etməklə məşğuldur. Xankəndi sakinləri hətta "heç nəyi olmayan hər şey olur", deyə acı zarafat da edirlər.

"DQR" də keçirilən bayramlar bir qayda olaraq məzarlıqların ziyarət edilməsi, məktəblilərin Xankəndinin mərkəzindən idman qaçışları (Qarabağ erməniləri bunu "prezidentin" at yarışları adlandırırlar"), Ermənistandan gələn tanınmamış qrupların konsert çıxışları və "xruşşovka" binalarında yaşayan insanları qorxutmaqdan başqa bir şeyə yaramayan axşam atəşfəşanlığından ibarət olur. Bütün "müstəqilliq" bayramı bax elə bundan ibarətdir. Necə deyərlər köhnə "kolxoz" dövrlərində olduğu kimi...

Картинки по запросу 25 летний юбилейный праздник НКР

Dağlıq Qarabağ öz "müstəqilliyini" dağıdılmış iqtisadiyyatı, olduqca ağır sosial və mənəvi-psixoloji şərait, kütləvi kasıblıq və əhalinin öz yerlərindənəsl depopulyasiyanı xatırladan (bir ərazinin əhali tərəfindən tamamilə tərk edilməsi-red.) yüksək templə emiqrasiyası ilə qarşılayır.İnanmayanlar Rusiyada və başqa ölkələrdə siyahıya alınan Qarabağ ermənilərinin sayı ilə tanış ola bilərlər.

İndi ki, Qarabağ ermənilərinin həmişə şikayət etdiyi Bakı hakimiyyəti və ya sovet diktatı yoxdur. Necə deyərlər, hər yanda zəngin təbii sərvətlərə malik "müstəqilliyimiz"var...

Rusiya ekspertərinin rəyinə əsasən,Dağlıq Qarabağda bir qızıl yüz milyon dollara bərabərdir. Milyardlardan belə danışanlar var. Xoşbəxtlik isə yoxdur ki yoxdur- elə həmənki pauperizm ( səfalət), hətta öz yazılmamış qanunlarını pozan yarıkriminal "avtoritetlərin" zorakılığı hökm sürür. "Görəsən dünyada hakimiyyətin öz xalqına bu qədər nifrət etdiyi ikinci bir ölkə varmı?",deyə Qarabağ erməniləri sual edirlər.

Bir çox Dağlıq Qarabağ ermənisinin fikrincə bu ağlamalı vəziyyətin səbəbkarı qondarma "respublika"nın hakimiyyət orqanları tərəfindən vətəndaşların hüquqlarının kobud surətdə pozulması, mətbuat azadlığının məhv edilməsi, hakimiyyətin zorakılıq və özbaşınalıqda tam sərbəstliyi, hər şeyi basıb-yeyən korrupsiyadadır.

Siyasi müşahidəçilər Qarabağda hökm sürən hərbi-polis rejiminin ideoloji konturlarının Latın Amerikası xuntası və ya Orta Asiya xanlıqlarına söykəndiyini deyirlər.

Vaqram Ağacanyan, "3-cü qüvvə plus" qəzetinin baş redaktoru...

****

Musavat.com –un şərhi:VaqramAğacanyan Dağlıq Qarabağda quldur rejimin cinayətlərini dünyaya çatdıran tək-tük erməni jurnalistlərindən biridir.

Onun qondarma "DQR"-in əslində dünyada hökm sürən mafioz strukturların, habelə iri dövlətlərin yardımı ilə bir qrup cinayətkarın əlində alətə çevrilən saxta quruluş olmasına dair onlarla məqaləsi var.

Əlbəttə ki, bizim Ağacanyanı az qala ağ qanadlı mələk kimi təsvir etmək fikrimiz yoxdur. Erməni ermənidir..Ağacanyan heç bir yazısında Azərbaycandan ötrü darıxdığını dilə gətirmir...

Lakin hər halda,yazılanlardan bir şey aydındır.

"DQR" adlanan qondarma respublika əslində ermənilərin özlərini kölə halına salınması üçün qurulub. Azərbaycanın tərkibində sözün əsl mənasında yağ-bal içində üzən Qarabağ erməniləri indi kasıblıq, səfalət və aclığın astanasındadır. Qarabağda Ermənistan ordusunun əsgərlərindən başqa əhali demək olar ki, qalmayıb. Sərkisyan "Qarabağ yenidən Azərbaycanın tərkibinə qayıtsa burada bir dənə erməni qalmayacaq", - deyəndə, yəqin ki elə ancaq hərbçiləri nəzərdə tutub. Çünki məhz Sərkisyan və onun quldurlarının sayəsində Qarabağda yerli erməni əhali yaşadıqları yerləri kütləvi surətdə tərk ediblər.

Onların tək nicatı isə yenidən Azərbaycanın tərkibində yaşamasıdır. Yalnız belə olan halda ermənilər çoxdan arzuladıqları rifaha və xoşbəxtliyə qovuşa bilərlər.