Tanınmış erməni politoloqun Rusiyaya girişinə qadağa qoyulub
Tanınmış erməni politoloq, "Qloballaşma və regional əməkdaşlıq" mərkəzinin rəhbəri Stepan Qriqoryana Rusiyaya girişinə qadağa qoyulub.
apa-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
S. Qriqoryan Moskvada hava limanında saxlanılıb. Rusiyalı sərhədçilər ona qadağanın 2030-cu ilədək qüvvədə olduğunu deyiblər.
Politoloq bildirib ki, onun rəhbərlik etdiyi təşkilat erməni xalqının gələcəyini Avropa ailəsində görür. O hesab edir ki, məhz bu mövqe Rusiya hakimiyyətinin barəsində qəbul etdiyi qərara təsir edib. Qeyd edək ki, S. Qriqoryan avqustun 30-da Ermənistana deportasiya olunub.
Mediainfo.az
Digər xəbərlər