BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı haqqında məlumatlandırılıb

BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı haqqında məlumatlandırılıb

15 Avqust 2016 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan hakimiyyət nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) beynəlxalq sərhədi keçərək Azərbaycan ərazisinə daxil olan Ermənistan vətəndaşı haqda məlumatlandırıblar".

Bunu apa-ya açıqlamasında BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, BQXK öz mandatına uyğun məsələni diqqətdə saxlayacaq.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Mediainfo.az