Ermənistanda polis alayına hücum edən şəxslərdən biri danışdı

Ermənistanda polis alayına hücum edən şəxslərdən biri danışdı

18 İyul 2016 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan mediasında qiyamçılara açıq simpatiya bəsləyənlər də var

Ermənistanda polis alayının silahlı basqınçılar tərəfindən tutulması ilə bağlı yeni xəbərlər gəlməkdə davam edir.

Musavat.com-un erməni saytlarına istinadən verdiyi xəbərə görə basqını həyata keçirən iştirakçılardan biri, "Müəssislər məclisi"nin Gümrüdəki təşəbbüs qrupunun kooordinatoru Aram Akopyan vəziyyətin hazırda sabit olduğunu bildirib: " Nə biz, nə də polislər qan töküləmisini istəmirik",- deyə o mətbuata söyləyib.

Onun sözlərinə görə, hüquq-mühaifizə orqanlarının əməkdaşları heç bir tədbir görməyəcəkləri və atəş açmayacaqları barədə vəd veriblər.

"Bizim tələblərimiz isə bəllidir: Jirayrın (Jirayr Səfilyan-red.) buraxılması və hökumətin Qarabağ barədə qəti mövqeyini bildirməsi", - o bəyan edib.

Jurnalistlərin öldürülən polis polkovniki barədə suallarına cavab olaraq Akopyan bildirib ki, həmin polis nəfəri atışma zamanı tapançanın darağında olan 9 patronun hamısını onblaırn üzərinə boşaldıb: "Biz heç kimə atəş açmaq istəmirdik. Lakin post-patrul alayının binası ələ keçirilən zaman başqaları müqavimət göstərmədi. O isə silahını çıxarıb atmağa başladı və bizim tərəfdarlardan birini yaraladı. Biz isə özümüzü müdafiə etməyə məcbur idik".

Qeyd edək ki, silahlı qiyamçılara Ermənistan mətbuatından da dəstək var.

Bu mənada lragir.am saytının yazarı Naira Ayrumyanın "Ermənistan iqtidarı bilir ki, hər zaman radikal tədbirlərə əl atacaq adamlar tapılar" təhrik dolu başlıqlı məqaləsi olduqca diqqəti cəlb edir.

Naira Ayrumyan

Ümumiyyətlə, bu xanım jurnalist Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı isterik və pataloji nifrət münasibətilə seçilən bir yazar olaraq tanınır.

Naira Ayrumyanın Dağlıq Qarabağ ətrafında gedən danışıqlarla bağlı Serj Sarkisyan və onun ətrafını vətənə xəyanətdə, satqınçılıqda ittiham edən məqalələri onlarladır. Naira Ayrumyan danışıqlarda nəinki Dağlıq Qarabağın, hətta işğal altındakı ətraf ərazilərin müzakirə mövzusuna çevrilməsini xainlik hesab edənlərdəndir.

Naira Ayrumyanın yuxarıda bəhs edilən məqaləsində deyilir: "Dünən Qarabağın bir qrup siyasi və ictimai xadimi Qarabağ tərəfindən ərazi güzəştlərinin yolverilməzliyi barədə bəyanat veriblər. Bundan başqa, Serj Sarkisyanın da Xankəndində əraziləri güzəştə getməyəcəyini söylədiyi bildirilir. Erebunidəki girovları saxlayan insanlar da ərazi güzəştlərinin əleyhinədirlər.

Qiyamın Qarabağ məsələsi ilə bağlı bağlı olub-olmadığını söyləmək çətindir. Qiyamçıların bu hərəkəti Qarabağ məsələsinin Rusiya və Türkiyənin də istədiyi kimi "nizamlanması" nın arzuedilməz və fəlakətli gedişatını dayandırmaq məqsədiləmi edilir"?

"Hər halda silahlı qiyam onu göstərir ki, iqtidar cəmiyyəti məmnun etməyən qərarları təkbaşına qəbul edə bilməz. Cəmiyyətdə hər zaman radikal tədbirləri görə biləcək adamlar taplar.Və bu bugünkü üsyanla da bitməz!" deyə Ayrumyan məqaləsini yekunlaşdırıb. (musavat)

Mediainfo.az