Pilotlarımız "Anadolu Qartalı - 2016"  təlimində iştirak edirlər

Pilotlarımız "Anadolu Qartalı - 2016" təlimində iştirak edirlər

31 May 2016 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

Müdafiə Nazirliyinin saytının verdiyi xəbərə görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.
Təlim iyunun 10-dək davam edəcək.

Mediainfo.az