Ermənilər yenə öz pilotsuz uçan aparatlarını vurdular - FOTO -RƏSMİ MƏLUMAT

Ermənilər yenə öz pilotsuz uçan aparatlarını vurdular - FOTO -RƏSMİ MƏLUMAT

19 May 2016 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

Mediainfo.az