Ermənilər “Eurovision-2016” müsabiqəsinin final günündə növbəti təxribata əl atıb  - VİDEO

Ermənilər “Eurovision-2016” müsabiqəsinin final günündə növbəti təxribata əl atıb - VİDEO

15 May 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" beynəlxalq mahnı müsabiqəsinin final günündə növbəti təxribata əl atıblar.

apa-nın "life.ru"-ya istinadən verdiyi xəbərə görə, müsabiqənin final mərhələsi başlamazdan az əvvəl arxasınca qondarma "DQR"-i və Ermənistanın müsabiqədəki təmsilçisi İveta Muçukyanı dəstəkləyən plakat dalğalandıran təyyarə şəhərin üzərində səmada dövr edib.

"Karabach-Iveta" sözləri yazılan plakat yerdən aydın görünüb.

Qeyd edək ki, təyyarə "Eurovision-2016" müsabiqəsinin keçirildiyi "Qloben Arena"nın üzərində bir müddət dövr edib.

Xatırladaq ki, bundan əvvəl mayın 10-da Ermənistanın nümayəndə heyəti "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalında təxribata yol verib.

Müsabiqədə iştirak edən erməni nümayəndə heyəti separatçı "DQR" bayrağı dalğalandırıblar.

O zaman təxribatın qarşısı müsabiqənin təşkilatçıları tərəfindən alınıb və qayda pozuntusuna görə erməni nümayəndə heyətinə ciddi xəbərdarlıq edilib.

Mediainfo.az