Zabitimiz ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi - YENİLƏNİB

Zabitimiz ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi - YENİLƏNİB

9 May 2016 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Savalanov Nəcməddin Akif oğlu "igidliyə görə" medalı ilə təltif edilib. Bu barədə KİV-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhid zabitin medalı bu gün doğulduiğu İmişli rayonunun Göbəktala kəndində ailəsinə təqdim ediləcək.

09:20

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Mediainfo.az