Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini atəşə tutub

Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini atəşə tutub

28 Aprel 2016 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Mediainfo.az