Kərim Vəliyev: "Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab vermək üçün lazımi tədbirlər görür"

Kərim Vəliyev: "Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab vermək üçün lazımi tədbirlər görür"

27 Aprel 2016 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür".
Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Cəbhədə vəziyyətin nəzarət altında olduğunu söyləyən nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin xidmətini layiqincə davam etdirdiyini qeyd edib.
V Moskva Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakının önəmindən danışan K. Vəliyev konfransın mövzusunun vacibliyini diqqətə çatdırıb: "Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir. Terror təhlükəsi bizim regionda da mövcuddur. Buna misal olaraq qonşumuzdan olan təhdidi göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətdəyik. İnşallah qalib gələcəyik".

Mediainfo.az