SON DƏQİQƏ! Sarkisyan generalları işdən çıxartdı!

SON DƏQİQƏ! Sarkisyan generalları işdən çıxartdı!

26 Aprel 2016 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyini işdən azad edib.

Virtualaz.org xəbər verir ki, Ermənistan prezidentinin yaydığı məlumata əsasən Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.

Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

Mediainfo.az