Ermənilər Şuşa polisinin binasını “Qrad”la vurdu
Bu gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib:
"Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".
M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşmən cavab atəşi ilə susdurulub və geri çəkiliblər:
"Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".
***
Müstəqim Məmmədov isə bildirib ki, Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.
İcra başçısının sözlərinə görə, ermənilərin atdığı "Qrad" mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib:
"Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib".
İcra başçısı əlavə edib ki, həmçinin, rayonun Qazıyan kəndində bir VAZ-21099 markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub. (trend)
Mediianfo.az








































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


















