Avropanın mərkəzində azərbaycanlılar ermənilərə güc nümayiş etdirdilər
Cari ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş son hadisələr bütün dünya ictimaiyyətində geniş rezonans verməyə başladı. 4 günlük silahlı münaqişə öz yerini siyasi mübahisələrə verdi. Aparıcı dünya ölkələrində yaşayan etnik azərbaycanlılar və digər türkdilli xalqların nümayəndələri Ermənistanın təxribatına qarşı haqq səslərini ucaltdılar. Doğrudur, bu arada ermənilər də kürdlərin radikal düşüncəli gəncləri ilə birləşərək həqiqəti öz bildikləri və istədikləri kimi təqdim etməyə çalışdılar. Lakin təxribata yönəlmiş bu cür hərəkətlər dünya ictimaiyyətini çaşdırmaqdan başqa heç bir şeyə xidmət edə bilmədi.
Belə ki, Ermənistan ordusunun cəbhədəki son təxribatlarına etiraz olaraq, Fransada yaşayan və təhsil alan azərbaycanlılar aprelin 8-də Strasburqda manifestasiya keçirmək üçün yerli prefekturaya yazılı müraciət təqdim etdilər. Lakin prefekturadan yazılı imtina məktubu daxil oldu. Səbəb göstərildi ki, həmin günə erməni diasporunun tədbiri razılaşdırılıb.
Biz yenə də erməni tərəfinə layiqli cavab vermək üçün Azərbaycanın Strasburqdakı nümayəndəliyinə getdik və lazımi tədbirləri gördük. Ermənilər gəldikdə formal olaraq öz etiraz mətnlərini oxumağa başladılar və biz prefekturadan icazə olmadığına görə bir söz deyə, qışqıra və sair hərəkətlər edə bilmədik. Bununla belə, onlara mənəvi zərbə vurmaq üçün Sarı Gəlin musiqisini komplekt səsgücləndiricilər vasitəsilə oxutmağa başladıq. Bundan sonra məyus olan ermənilər və onların havadarları etdiklərinin heç bir işə yaramadığını görüb, çıxıb getdilər.
Biz isə öz növbəmizdə aprel ayının 11-i tarixi üçün prefekturadan icazə almağı bacardıq. 100-dən çox həmvətənlərimizin iştirak etdiyi manifestasiya Avropa məhkəməsinin önündə başlayıb, Ermənistan nümayəndəliyinin qarşısında bitdi. Ümumilikdə ən yaşlı aksiya iştirakçısından tutmuş ən cavanına qədər hər kəs manifestasiyada fəal iştirak etdi. Üstəlik ermənilərdən və onlara dəstək olan radikal kürdlərdən fərqli olaraq, hər kəs etik qaydalardan kənara çıxmamaq prinsipinə riayət etdi. Qarşı tərəfin əvvəlcədən hazırladığı təxribat hərəkətləri bizim izdiham qarşısında neytrallaşdırıldı. Onlar bir neçə dəfə bizə həmlə etməyə cəhd göstərsələr də, istədikləri nəticələri əldə edə bilmədilər və rüsvayçı şəkildə hadisə yerini tərk etməli oldular.
Mənim iştirakçısı olduğum azərbaycanlıların və Azərbaycanı sevənlərin manifestasiyası heç bir insident yaşanmadan yekun qətnaməni oxumaq şərti ilə başa çatdı.
Nicat Çıraqlı










































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















