Şəhid pilot Kürdəmirdən Bakıya izdihamla yola salınıb - Fotolar
Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant, şəhid Əbubəkir İsmayılovun nəşi doğulduğu Kürdəmir rayonundan izdihamla yola salınıb.
Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, 10 minlərlə kürdəmirli iştirak edib. Mərasimdə çıxış edən icra başçısı Ceyhun Cəfərov bildirib ki, Ermənistan silahli birləşmələrinin təxribatının qarşısının alınması nəticəsində Azərbaycan Ordusu çox böyük zəfər əldə edib. Ordumuz düşmənin həmləsinin qarşısını alaraq xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edərək işğal olunmuş bəzi yüksəklikləri, eləcə də bir neçə yaşayış məntəqələrimizi düşməndən azad edib.
Bu gün şəhid Əbubəkir İsmayılov Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib.




Mediainfo.az
Digər xəbərlər





































.jpg)
.jpg)
.jpg)






















































