Xəbər verdiyimiz kimi , aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun cənazələri Azərbaycan tərəfinə verilib.
Musavat.com xəbər verir ki, Kürdəmirdəki oxucumuz Lətəfət Məlikova baş leytenant Bəkir (AbuBəkr) İsmayılovun xalq tərəfindən son mənzilə uğurlanma mərasimindən fotolar yollayıb.
Tarix və oxucularımız üçün həmin fotoları təqdim edirik.








































































































