SON DƏQİQƏ! Şəhid pilotlarla vida mərasimi keçirilir - YENİLƏNİB - FOTO

SON DƏQİQƏ! Şəhid pilotlarla vida mərasimi keçirilir - YENİLƏNİB - FOTO

11 Aprel 2016 10:10
Bəyəndim (0) Bəyənmədim (0)
Pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaqlar

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla vida mərasimi başlayıb.

Şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar. Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq

***

09.49

Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı şəhid olan pilotlarla vida mərasimi keçiriləcək.

Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar. Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib. (apa)

Mediainfo.az