700 bal toplayan şəhidimizin atası: "Həmişə üzümü ağ elədi" - VİDEO
Cəbhə bölgəsində atəşkəs rejimini pozulması nəticəsində Zəngilan rayon sakini Müşfiq Orucov şəhid olub.
Şəhidin cənazəsi dünən gecə yaşadığı ünvana gətirilib. Onun nəşi bu gün "Dədə Qorqud" qəbiristanlıqda torpağa tapşırılıb.
Müşfiq Orucov həmçinin ali məktəbə qəbul imtahanında 700 bal toplamışdı.
Şəhidin atas Arif Orucov deyir ki, oğlunun hərbi xidmətdən qayıtmasına 3 ay qalmışdı.
"Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi. Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və şəhidlərimizin qanı yerdə qalmasın".
1994-cü il təvəllüdlü Müşfiq Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmət çağırılıb.
Mediainfo.az