Məşhur agentliklərinin jurnalistləri Qarabağa gəlir

Məşhur agentliklərinin jurnalistləri Qarabağa gəlir

6 Aprel 2016 12:00
311
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhənin təmas xəttinə dünyanın 30 KİV nümayəndəsinin səfərini təşkil edib.

Jurnalistlər cəbhənin Füzuli-Xocavənd, Ağdam, Tərtər-Ağdərə istiqamətlərini ziyarət edəcəklər.

KİV nümayəndələrinə bu zonada yaşayan mülki əhaliyə Ermənistan artilleriyasının intensiv atəşi nəticəsində dəymiş zərər nümayiş etdiriləcək.

Cəbhəyə səfər edəcək jurnalistlər arasında Rusiyanın "Birinci kanal"ı, "Komsomolskaya Pravda" qəzeti, "İnterfaks" agentliyi, "Əlcəzirə" televiziyasının Moskva nümayəndəliyi, İranın İRİP TV-si, Çinin CCTV-si, "Röyter", "Frans press", "Assoşeyted press" agentliklərinin də nümayəndələri var. (İnterfaks)

Mediainfo.az