SON DƏQİQƏ! Ermənilər Tərtəri atəşə tutur

SON DƏQİQƏ! Ermənilər Tərtəri atəşə tutur

6 Aprel 2016 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
"Azərbaycan tərəfindən itki yoxdur"

Erməni silahlı birləşmələri Tərtər rayonunu yenidən atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, tərəflər arasında dünən günorta saatlarında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediləndən sonra rayonun ərazisindəki təmas xəttində bir müddət nisbi sakitlik olub:

"Azərbaycan tərəfi razılığa tam əməl etsə də, bu gecə saat 03 radələrində ermənilər bir neçə istiqamətdən Tərtərin təmas xəttindəki kəndlərini avtomat və pulemyotlardan atəşə tutub. Atışma hələ də davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verir. Azərbaycan tərəfindən itki yoxdur".

Mediainfo.az