Millət vəkili: “Belə dəyərli övladlar yetişdirən ailələrimizlə qürur duyuruq”

Millət vəkili: “Belə dəyərli övladlar yetişdirən ailələrimizlə qürur duyuruq”

5 Aprel 2016 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Qənirə Paşayeva MM-in iclasında diaspor təşkilatlarımıza, gənclərimizə çağırış edib və millət vəkillərinin əmək haqlarının bir hissəsinin Silahlı Qüvvələrə Yardım Fonduna bağışlanması təklifinə qoşulub.

Millət vəkili çıxışında Azərbaycan Ordusunu əldə etdiyi qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, Ordumuz erməni işğalçılarına layiqli cavabı verir:

"Torpaqlarımızın işğaldan tam azad olunacağı və daha böyük qələbə qazanacağımız gün uzaqda deyil. Ali Baş Komandanın və Ordumuzun yanındayıq. Bütün dünyaya göstərdiK ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün Azərbaycan xalqı Ordusunun yanındadır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Biz torpaqlarımızı işğaldan azad etməliyik və bunun üçün şəhid olmaq şərəfdir. Şəhid analarımızdan biri ilə görüş zamanı dedi ki, oğlum hər zaman "şəhid olsam, ağlamayın" deyərdi. Belə dəyərli övladlar yetişdirən ailələrimizlə qürur duyuruq".

Qənirə Paşayeva maaşının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bildirib:

O, dünyada yaşayan və fəaliyyət göstərən diaspor təşkilatlarına müraciət edib və onları Ermənistanın, erməni lobbisinin və arxasında duran güclərin Azərbaycan əleyhinə təbliğatlarına, kampaniyalarına qarşı ciddi mübarizəyə səsləyib.

Ermənistanın, erməni diasporunun arxasında duran güclərin yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını vurğulayan deputat dünyanın hər yerindəki Azərbaycan gəncliyini informasiya müharibəsində qələbə qazana bilməyimiz üçün erməni yalanlarına qarşı mübarizədə sosial şəbəkələrdə aktiv olmağa çağırıb.

Mediainfo.az